Çin səmasında partlayış müəmmalı qeydə alınıb | VİDEO

      Çin səmasında partlayış müəmmalı qeydə alınıb    | VİDEO
  15 Sentyabr 2025    Oxunub:839
Çinin Şandun əyalətinin səmasında baş verən partlayışı lentə alan sakinlər uçan naməlum obyektin (UNO) “tutulduğunun” şahidi olduqlarını ehtimal ediblər.
AzVision.az “EBC News” telekanalına istinadən xəbər verir ki, hadisə sentyabrın 12-də baş verib.

Kadrlarda gecə səmasında işıqlı nöqtənin uçduğu, parlaq qırmızı kürənin əks istiqamətdən yaxınlaşdığı görünür. Obyektlər toqquşur və partlayış baş verir. “NTDTV” telekanalı iki partlayışın olduğunu iddia edir.

“Hadisə raketin sınaqdan keçirilməsinə bənzəyirdi. Birinci uçan obyekt hədəf-raketin imitasiyası, ikincisi isə onu tutan raket ola bilərdi”, - “Sing Tao Daily” nəşri, öz növbəsində, hərbi ekspertlərdən birinin ehtimalından sitat gətirir.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: Çin   səma   partlayış  



Xəbər lenti